Azərbaycan Teleradio Verilişləri QSC i telejurnalist Ağanisə Sultanovanın işdən çıxarılmasına aydınlıq gətirib.
AZTV-nin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada deyilir:
“2015-ci il iyulun 31-də AzTV-nin bəzi əməkdaşlarının, o cümlədən Ağanisə Sultanovanın əmək müqaviləsinin müddəti başa catır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onların əmək müqaviləsinə xitam verilir”.
Ağanisə Sultanova isə sosial şəbəkələrdə bildirib ki, o, AzTV-dəki nöqsanlar barədə ölkə başçısına müraciət etdiyinə görə, teleşirkət rəhbəri Arif Alışanov tərəfindən işdən çıxarılıb.
Modern.az