Modern.az

Sumqayıtda intihar faktı ilə bağlı cinayət işi AÇILIB

Sumqayıtda intihar faktı ilə bağlı cinayət işi AÇILIB

28 İyul 2015, 20:05


Sumqayıt şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, iyulun 24-də 1955-ci il təvəllüdlü Əliyev Məhəmməd Müzəffər oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilməklə, M.Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama