Modern.az

Azərbaycanda bank müdiri pul oğurlayıb ölkədən qaçdı

Azərbaycanda bank müdiri pul oğurlayıb ölkədən qaçdı

28 İyul 2015, 22:39


Azərbaycanda bank müdiri külli miqdarda vəsaiti oğurlayaraq ölkədən qaçıb. 

Həmin şəxs “TuranBank”ın Cəlilabad filialının rəhbəri Fərid Məmmədovdur. Belə ki, filial rəhbəri bir neçə ay əvvəl 450 min manata qədər vəsaiti başqalarının adına kreditləşdirib. Daha sonra isə pulları mənimsəyərək ölkədən çıxıb. 

Əslən Biləsuvar rayonundan olan Fərid Məmmədov sözügedən vəsaiti elə öz yerlilərinin adına sənədləşdirib. 

Yayılan bəzi məlumatlara görə isə o, mənimsədiyi pulu Azərbaycanda qoşulduğu qumar oyunlarında uduzub və məhz bundan sonra ölkədən qaçıb. 

Hazırda hadisə ilə bağlı araşdırma gedir, Fərid Məmmədov axtarılır. (Qafqazinfo)

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama