Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar aksiyanı Amiryan və Koxbatsu küçələrinin kəsişməsində davam etdiriblər.
Modern.az News.am-a istinadən xəbər verir ki, polis etirazçılara güc tətbiq edərək qarşılarını alıb.
Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.
Modern.az