Modern.az

Avqustun 4-dək yandırıcı istilər olacaq

Avqustun 4-dək yandırıcı istilər olacaq

Təhsil

29 İyul 2015, 11:17

“Ölkə ərazisində müşahidə edilən günəşli, yağmursuz və isti hava şəraiti avqsut ayının 4-dək davam edəcək”. Bu sözləri Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O qeyd edib ki, havanın temperaturu Bakı və Abşeron yarmadasında 35-38 dərəcə isti, yarmadanın bəzi yerlərində 40 dərəcə isti müşahidə ediləcək.

“Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikası ərasizində 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq ərazilərdə isə temperaturun 28-33 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama