Rusiyanın Sankt-Peterburq şəhərində silsilə qətllər törədən adamyeyən qadın həbs olunub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 67 yaşlı Tatyana Samsonova müxtəlif vaxtlarda 10 nəfərin ölümündə şübhəli bilinir.
İyulun 26-da 79 yaşlı Valentina Ulyanovanın başsız cəsədini aşkarlayan polislər müşahidə kameralarının köməyi ilə cinayəti mərhumun rəfiqəsi Tatyana Samsonovanın törətdiyin müəyyən ediblər. Şübhəli şəxsin evində axtarış aparan Peterburq polisi çoxlu qan izləri və törədilən 10 qətlin detallı təsviri olan kitab aşkarlayıblar.
Kitabdakı qeydlər təqaüdçü Tatyana Samsonovanın 2005-ci ildə itkin düşmüş ərini də öldürdüyünü müəyyən edib. Cinayətin motivləri tam aydın olmasa da, istintaqçılar 67 yaşlı Tatyana Samsonovanın adamyeyən olduğunu və qətlləri də bunun üçün törətdiyini ehtimal edirlər.
Vüqar İsmayılov