Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub.
Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Adil oğlu Usubəliyev Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru vəzifəsinə təyin olunub.
Asif Usubəliyev 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının məzunu, siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 2006-cı ildən etibarən Nazirlikdə fəaliyyət göstərir.
Elmin NURİ