Modern.az

Pakistanda sünnilərin lideri öldürülüb

Pakistanda sünnilərin lideri öldürülüb

29 İyul 2015, 17:40


Pakistan polisi  qeyri-leqal  sünni təşkilat Laşkar Xavinin  lideri Malik İshaqı öldürdüyünü  açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən  xəbər verir ki, Malik İshaq  Pəncabda cəza evinə aparılarkən həbsxana avtomobili onun dəstəkçiləri tərəfindən hücuma məruz qalıb.

Polis yaşanmış qarşıdurmada İshaq və iki oğlunun, həmçinin 11 təşkilat nümayəndəsinin  öldüyünü bildirib.

Xatırladaq ki, 1996-cı ildə qurulmuş  Laşkar Xavi təşkilatının  son illər  Pakistanda şiəliyə qarşı edilən hücumların arxasında olduğu güman edilir.   2001-ci ildə Pakistanda qadağan olmuş  təşkilat 2003-ci ildən  ABŞ-ın terror təşkilatları siyahısına daxil olub.  

Leyla Əfqan

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama