Sentyabr ayında Azərbaycan Demokratiya və Rifah Hərəkatının qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq.
Başqa heç bir iş fikirləşmirik.
Artıq Azərbaycanın rayonlarının 45 faizində ADR-in təşkilatları mövcuddur. Bundan sonra da bu prosesi davam etdirəcəyik. Dünən də Ağstafa rayonunda təşkilatımızı yaratdıq. Təşkilatlanma prosesi getdiyi üçün qeydiyyat məsələsi hələ qalıb. Bu məsələyə hüquqşünasların vasitəsi ilə yenidən baxacağıq”.
Ellada Məmmədli qeyd edib ki, hərəkatın kifayət qədər üzvü var: “Say tərkibimiz yüksəkdir. Hazırda təşkilatlanma getdiyi üçün biz üzvlərimizin sayını açmaq niyyətində deyilik. Ölkənin 45 faizini əhatə etdiyimiz üçün kifayət qədər üzvümüz var. Faktiki olaraq təşkilatlarımız və strukturlarımız var. Təşkilatlar konfransa hazırlaşır”.
Sevinc YASİNQIZI