Ermənsitanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən “Ayağa qalx, Ermənistan” hərəkatı yeni strategiya, polis və hakimiyyətə sürprizlər vəd edir. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu cür hədə-vədi Yerevan polisinin rəis müavini Valeriy Osipyana təşəbbüs qrupunun şura üzvü David Sanasaryan səsləndirib.
Polis isə növbəti dəfə xatırladıb ki, aksiya sanksiyalaşdırılmayıb, onun iştirakçılarının fəaliyyəti qanunsuzdur. Sanasaryan cavab olaraq sürpizlər vəd edib. Ancaq o, sürprizin nədən ibarət olacağını açıqlamayıb.
Yerevanda aksiya davam edir.
Modern.az