Modern.az

Qarabağ İctimai Forumu təqdimat keçirəcək

Qarabağ İctimai Forumu təqdimat keçirəcək

Qarabağ

13 Oktyabr 2010, 15:55

Qarabağ İctimai Forumu (QİF) vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işində QHT, KİV və ictimaiyyətin rolu ilə bağlı  bu ilin  iyul-avqust-sentyabr aylarında sorğu keçirib. QİF-in informasiya departamentinin Modern.az-a verdiyi məlumata görə, təhlil edilən sorğunun ilkin nəticələrinə   tanınmış sosioloqlar  tərəfindən rəy verilib və nəticələr QİF-in  İdarə Heyyətində müzakirə olunub.

1000-ə yaxın respondent arasında keçirilən sorğunun yekun nəticələrinin geniş ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə təqdimatı keçiriləcək.  

Sorğunun ilkin nəticələrinin təhlili göstərib ki, rəyi öyrənilən respondentlərin böyük əksəriyyətini Qarabağ problemi ilə bağlı aparılan təbliğat işi qane etmir. Qarabağ probleminin həlli istiqamətində fəaliyyət göstərən qurumlar sırasında isə respondentlər daha çox Heydər Əliyev Fondunun və onun prezidenti, millət vəkili xanım Mehriban Əliyevanın fəaliyyətini yüksək dəyərləndiriblər. Respondentlər  o cümlədən Dünya Azərbaycanlıları Konqresinin, Qarabağ Azadlıq Təşkilatının və bir sıra qurumların, eləcə də  ayrı-ayrı nüfuzlu ziyalıların fəaliyyətini də qeyd ediblər.

 Təqdimatın 15 oktyabr  2010-cu il tarixində saat 11-00-da  Park-İnn otelinin Fizuli zalında keçirilməsi nəzərdə tutulur.

2010-cu ilin əvvəllərində Qarabağ probleminin həlli istiqamətində aparılan dövlət siyasətinə dəstək məqsədi ilə Respublikanın ictimai-siyasi həyatında tanınmış bir qrup QHT təmsilçisi Qarabağ İctimai Forumunu (QİF) təsis edib. Forum öz fəaliyyət planına uyğun olaraq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında  vətəndaş cəmiyyəti institutlarının, medianın və respublika ictimaiyyətinin rolunun daha da artırılması istiqamətində fəaliyyət göstərir.


Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama