Modern.az

Ermənistan elektrik şəbəkəsinin yeni sahibi məlum oldu

Ermənistan elektrik şəbəkəsinin yeni sahibi məlum oldu

30 İyul 2015, 12:33



Ermənistan mətbuatı “Ermənistan Elektrik Şəbəkəsi”nin yeni sahibinin adını açıqlayıb. Modern.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, şəbəkə Rusiyanın ən varlı şəxslərindən sayılan “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan tərəfindən satın alınacaq. Qəzetin məlumatına görə baş nazir Ovik Amramyan bəzi hökumət üzvləri ilə görüş zamanı oktyabr ayına qədər razılaşmanın imzalanacağını deyib. Abramyan Rusiyanın rəhbər şəxslərinin də buna razılıq verdiklərini deyib.

Ermənistanda elektrik enerjisinin qiymətlərinin 15% bahalaşmasına etiraz edən kütlə 1 aya yaxındır ki, Ermənistanın mərkəzi yollarından olan  Baqramyan prospektini bağlı saxlayırlar.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama