Modern.az

“Gənclərimiz ermənilərin törətdikləri vəhşilikləri dünyaya yaymalıdır”

“Gənclərimiz ermənilərin törətdikləri vəhşilikləri dünyaya yaymalıdır”

30 İyul 2015, 14:12


Tovuzun ən böyük kəndlərindən biri olan Xatınlıda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin təşkilatçılığı ilə "Tariximizi yaxşı öyrənmək hər bir gəncin vəzifəsidir" adlı tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə gənclərlə bu istiqamətdə geniş müzakirələr aparılıb, onlara tariximiz, işğal altında olan torpaqlarımıza aid kitablar hədiyyə edilib. 

Bir sıra müəllim və  kənd ziyalıları  bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq tariximizin öyrənilməsi ilə bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə  və  onların hər birinə kitab hədiyyələrinə görə millət vəkilinə təşəkkürlərini bildiriblər. 

Q. Paşayeva tədbirdə təhsilin əhəmiyyətindən danışıb:

“Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında  mütaliə xüsusi əhəmiyyət kəsb edir. Hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidir. Hər bir gəncimiz Azərbaycan tarixi, dili, ədəbiyyatı və coğrafiyasını hansı peşənin sahibi  olmaq arzusundan asılı olmayaraq yaxşı öyrənməli, həqiqətlərimizi daha genişbilməli, yaymalı, dünyanın hər yerində ökəmiz, millətimiz, onun tarixi ilə bağlı yalan və yanlış məlumat yayanlara qarşı daima mübarizə aparmalıdır”. 

Deputat gənclərə 20-ci əsrin əvvəlində erməni silahlı ,terror dəstələrinin torpaqlarımızda törətdiyi vandalizm aktları, soyqırımlar, 20-ci əsrin sonlarında Ermənistanın işğal etdyi torpaqlarımızda törətdiyi cinayətlər və soyqırımlar barədə geniş  məlumatlar verib. “Gənclərimiz təkcə işğal altında olan torpaqlarımız deyil bu gün Ermənistan adlı dövlətin üzərində qurulduğu tarixi ata-baba torpaqlarımızdakı tarixi da dərindən öyrənməli və bütün dünyada hər zaman yaymalıdır”. 

Deputat onlara Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı əsərləri və özünün müəllifi olduğu kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.

 O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Q.Paşayeva gəncləri  zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına  ayırmamağa çağırıb.  “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama