AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusiflinin məhkəməsi başa çatıb. İyulun 30-da keçirilmiş məhkəmə prosesində hakimlər onun barəsində 7 il 6 ay həbs qərarı çıxarıb.
Prokuror Asif Yusifliyə 8 il həbs cəzası istəmişdi.
Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, bir nəfərin 6 min 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.
Asif Yusifli həmin şəxsə bütün məbləği ödəsə də, məhkəmə bunu nəzərə almayıb.
Modern.az