Modern.az

Ulduz futbolçunun atası 4 çanta narkotiklə tutulub

Ulduz futbolçunun atası 4 çanta narkotiklə tutulub

30 İyul 2015, 17:37


Dünyanın ən perespektivli futbolçularından sayılan və bu yaxınlarda Münhenin “Bayern” klubuna 62 milyon avro qarşılığında transfer olunan Arturo Vidalın  atası külli miqdarda narkotiklə həbs olunub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, çilili futbolçunun atası Erasmo narkotik qaçaqmalçılığı ilə uzun illərdir ki, məşğul olur. Maraqlı məqam budur ki, Erasmo oğlu Arturo Vidalın “Bayern” klubu ilə müqaviləyə imza atdığı gün həbs olunub. Ata və oğul arasında uzun müddətdir ki, sırf narkotik qaçaqmalçılığı səbəbindən mübahisələr yaranıb. Son hadisədən sonra atası məşhur futbolçu və ailəsindən üzr istəyib.  

Elmin NURİ
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama