Modern.az

Bodrumda terror aktı: 1 ölü, 2 yaralı

Bodrumda terror aktı: 1 ölü, 2 yaralı

30 İyul 2015, 18:11

Türkiyənin turizm bölgəsi kimi tanınan Bodrumda silahlı insident baş verib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maskalı şəxs Bodrumun Datça səmtindəki mehmanxanalardan birinə daxil olaraq istirahət edən şəxslərə atəş açıb. Məlumata görə hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Türkiyə polisi hadisə yerini tərk etmiş şəxsin axtarışına başlayıb.Yerli mətbuat  terror aktının PKK tərəfindən törədildiyini ehtimal edir.

Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama