Modern.az

Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ

Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ

30 İyul 2015, 21:15


Almaniya Xarici İşlər Nazirliyi Türkiyəyə gedən vətəndaşlara xəbərdarlıq edib.

Nazirlik xüsusilə İstanbula gedən vətəndaşlara diqqətli olmağı tövsiyə edərək, terror aktını istisna etməyib.

Nazirliyin internet səhifəsində yer alan məlumata görə, İstanbulda metro və avtobus dayanacaqlarında terror aktı törədilməsi mümkündür.

Hökumət sözçüsü Kristian Virtz bu ölkədə vəziyyətin qeyri-normallığını, Hatay, Kilis, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Mardin, Batman, Bitlis, Bingöl, Siirt, Muş, Tunceli, Şırnak, Hakkari və Vana getməyin təhlükəli olduğunu qeyd edib.

Xatırladaq ki, Almaniyadan öncə ABŞ və İngiltərə də vətəndaşlara bənzər xəbərdarlıq edib.(müsavat.com)

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama