Qəbələnin "Qəbələ" və Bakının "İnter" klubu bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına çıxacaqlar.
Daha öncə "Dinamo" (Tiflis) və "Çukariçki"ni (Serbiya) mübarizədən kənarlaşdırmaqla tarix yazan "Qəbələ" bu gün Kiprdə "Apollon"un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Daha əvvəl “Laçi” (Albaniya) və "Hafnarfyordur"u (İslandiya) mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ əldə edən Zaur Svanadzenin komandasının bu dəfəki rəqibi İspaniyanın iddialı klublarından olan "Atletik"dir.
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının İspaniya klubuna necə müqavimət göstərəcəyi maraqla gözlənilir. "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşlərü bir həftə sonra keçiriləcək.
Modern.az