Modern.az

Kinematoqrafçılar İttifaqının mükafatçıları bəlli oldu - FOTOLAR

Kinematoqrafçılar İttifaqının mükafatçıları bəlli oldu - FOTOLAR

30 İyul 2015, 23:15

Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il olduğu kimi bu ildə Kino Günü münasibəti yaradıcı uğurlara görə mükafatların sahiblərini müəyyən edib. İttifaqdan Modern.az-a verilən məlumata görə nümayəndəsinin bildirdiyinə görə Kinematoqrafçılar İttifaqı katibliyi namizədləri seçərkən ötən kino möhsümündəki prosesləri izləyib analiz edir, müxtəlif  kino formatlarında işləyən kinematoqrafçıların uğurlarını qeyd edir.

Azərbycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən bu il aktrisa Mehriban Zəki “Son illərin yaradıcı uğurlarına görə”, animasiya rejissoru Cavid Əhədov “Köhnə saat” animasiya filminin rejissor həllinə görə”, bəstəkar Cavanşir Quliyev “ Milli Kinematorafiya qarşısında xidmətlərinə görə” təltif olunublar. Kino günü ilə bağlı İttifaqın sədri Rüstəm İbrahimbəyov həmkarlarına müraciət edib.


Elmin NURİ  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama