Modern.az

TQDK jurnalist olmaq istəyən 341 nəfəri bu gün imtahan edir

TQDK jurnalist olmaq istəyən 341 nəfəri bu gün imtahan edir

Təhsil

31 İyul 2015, 09:48

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir. TQDK-dan Modern.az-a verilən məlumata görə, bu mərhələdə 2015-ci ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.

İmtahan bu gцт Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunuи.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 253 nəfərini oğlanlar, 88 nəfərini qızlar təşkil edir. 317 abituriyent Azərbaycan, 24 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama