Dünəndən başlayaraq ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Modern.az saytı xəbər verir ki, bu günə qədər artıq 2990 nəfər öz ərizəsini təsdiq edib. (I qrup üzrə 1047 nəfər, II qrup üzrə 909 nəfər, III qrup üzrə 698 nəfər, IV qrup üzrə isə 336 nəfər).
V ixtisas qrupu və orta ixtisas təhsili müəsisələri üzrə isə hələ heç kim öz ərizəsini təsdiq etməyib. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında keçid balı toplayan abituriyentlərin ixtisas seçimi avqustun 11-dək davam edəcək.
I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ödənişsiz yerləri seçərkən abituriyentlərin diqqət göstərməsi lazım olan bir məqam da var. Belə ki, 250 və ya 300-dən çox bal toplasan belə, hər hansı fənn üzrə nisbi bal 0 olarsa o zaman həmin abituriyent ödənişsiz ixtisasları seçə bilmir. İxtisas seçimində yalnız ödənişli yerləri göstərə bilir.
Aytən ZƏHRA