Çeçenistanın dövlət başçısı Ramzan Kadırov Ukraynanın şərqində separatçıların tərəfində vuruşan bütün çeçenlərin ölkəni tərk etdiklərini deyib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Çeçenistan dövlət başçısı Ukraya qoşunlarının sıralarında vuruşan həmyerlilərini də təhqir edib.
“Orada çeçen könüllüləri var idisə, indi yoxdular. Atəşkəs imzalamdıqdan sonra, onların hamısını geri çağırdıq ki, evlərində sakit otursunlar. İndi orda bir nəfər də olmalı deyil. Ukraynadakı xuliqanlarımızın hamısını geri çağırmışıq”.
Çeçen lider Ukrayna uğrunda vuruşan çeçenləri “narkoman və alkaqolik” adlandırıb.
“Bəli, orda Avropaya öz ideyalarını satmış bəzi keçmiş çeçenlər vuruşur. Onlar uzun müddətdir ki, Avropada yaşayırdılar. 150 nəfərlik həmin qrup keçmiş alkoqolik və narkomanlardan təşkil olunub”.
Kadırovun fikrincə, Ukraynanın ərazi bütövlüyü uğrunda vuruşan çeçenlər Avropa dövlətlərindən təlimat və pul alırlar.
Vüqar İsmayılov