“Avqustun 11-də İstanbulun “İZ”yayım evində “Rüzgar adam” kitabım çapdan çıxacaq. Avqustun 15-də isə kitabın çox yüksək səviyyədə təqdimat mərasimi keçiriləcək”.
Bunu Modern.az saytına tanınmış yazıçı-publisist Orxan Fikrətoğlu deyib. Yazıçının “Rüzgar adam” adlı irihəcimli kitabında bir sıra problemləri özündə əks etdirən nəsr əsərləri və ermənilərin azərbaycanılara qarşı törətdiyi amansızlıqlar öz əksini tapıb.
Yazıçının sözlərinə görə, kitabın təqdimat mərasimində Nobel mükafatı laureatı Orxan Pamuk başda olmaqla bir sıra nüfuzlu qələm adamları iştirak edəcək.
Elmin NURİ