Modern.az

“Nostalji”- Bu televizor və soyuducular yadınızdadırmı? - FOTOLAR

“Nostalji”- Bu televizor və soyuducular yadınızdadırmı? - FOTOLAR

Təhsil

31 İyul 2015, 17:18

Modern.az saytı “Nostalji” rubrikasına bu dəfə sovet dövründə hər ailənin (daha doğrusu, əksər ailələrin)  yaxın dostları olan televizor və soyuduculardan danışacaq.

O zaman hər bir sovet vətəndaşı bu “dostlarına” güvənirdi. Birinə inanır dediklərini, göstərdiklərini həsrətlə gözləyir, o birinin isə bərəkətinə ümid edirdi. Yaşlı nəsldə sovet nostalgiyası bu iki məişət cihazında daha çox cəmləşir.  

“Orsk” soyuducuları

 

Fotonu görən sovet dövrünün nümayəndələri xüsusən də xanımlar dərindən bir ah çəkərək yəqin ki, bu cümləni deyəcəklər: “Elə bərəkət də o “xaladeynik”lərnən getdi. Doğrudan da bu soyuducuların özünəməxsus bir nostalji energiyası var. Sovetin ən şaqraq çağında yaşamışlar “Orsk” soyuducularını heç zaman unuda bilməzlər. Bu onlar üçün həm də bolluq simvolu idi. Neçə dəfə eşitmişik ki, həcmi çox balaca olan, hətta az qala modern soyuducuların buzluq qutusu boyda olan bu soyuducular uzun müddət orta statistik sovet ailəsinin ən yaxın dostu olub.

“Dnepr” soyuducuları

 

  “Dnepr” soyuducuları buz dolabı olmaqla yanaşı, bu gün üçün  həm də bir növ nostalgiya dolabıdır. Təbi , həm “Orsk”,  həm də “Dnepr” soyuducularının bu gün də yeni modelləri çıxır. Amma o zamanın “Dnepr”lərini unutmaq mümkün deyildi. Amma “Dnepr”dən insanlar incimişdilər. Çünki o ildən-ilə təkmilləşdi və orta statistik sovet vətəndaşı ilə imkanlı vətəndaş arasında sədd çəkdirdi. Artıq ailənin evindəki “Dnepr” soyuducusunun böyüklüyünə baxaraq onların sosial rifahını bilmək olurdu. Amma o kasıb adam da sovet vətəndaşı idi. Öz sadiq dostu “Dnepr”lə sonradan barışırdı.

“Saratov” soyuducuları

 

O zaman bir azərbaycanlı evində “xolodeynik” görmək istəyirdisə demək ki, mütləq “Saratov”u nəzərdə tuturdu. 1980-ci illərin sonunda “Saratov”lar özünün ən pik vaxtını yaşadı. Evinə köçəcək xanımların həmin evə xoşbəxtliklə yanaşı, mütləq bir “Saratov “ da gətirəcəyi bəlli idi. Bu sovet vətəndaşı idi və onun üçün “Saratov” elə xoşbəxtliyin özü idi.

İzumrud televizorları – 1971 –ci ildə  istehsal olunan “İzumrud-205, və İzmurud 206 televizorları müəyyən funksiyalarına görə özündən əvvəlki markaları qabaqlayırdı. Ekrandakı parlaqlılıq və səs funksiyaları el arasında “zümrüd” adlanan televizorları daha çox cəlb edirdi. 1970-ci illərdin Azərbaycanında avdar qadınların əksəriyyəti həyat yoldaşlarını o “zümrüd”ə qısqanırdılar... Ya da əksinə...

“Rekord” televizorları 


Bir çox evlərin bəzəyi olan “Rekord” televizorları SSRİ dönəmimdə üç vaxtda 1956, 1960 və 1983-cü illərdə istehsal edilib. Sonuncu istehsaldan sonra televizorun ekranı 51 sm diaqanal  oldu. “Rekord”un ilk buraxılışlarında kəlbətinə ehtiyac olsa da yəni çevirmə olsa da, sonradan idarəetmə panelində əsaslı dəyişikliklər edildi. Burada intervalla sürüşən klavişlər müəyyən ayarları (səs, parlaqlılıq) təyin edirdi. Amma “Rekord” da bacardığı qədər sovet insanını çox kökəlməyə qoymurdu.

“Rubin” televizorları 


Moskva televizor zavodunun 1950-ci illərdə xüsusi önəm verdiyi markalardan biri də “rubin” televizorları olub.  Azərbaycanda da məşhur olan televizorlar demək olar ki, sovet dövrünün hər bir nəslinə tanışdır. Çünki 1950-ci ildə 1980-ci illərin ortalarına qədər “Rubin” modeli mütəmadi olaraq istehsal olundu. İlk buraxılışında 41 sm dioqanal ekrana malik idisə sonradan sürətlə inkişaf etdi və 1984-cü ildə televizor artıq 67 sm dioqanal ekrana malik idi. 

Qarizont televizorları

  

Azərbaycanda 1980-ci illərdəgəlin köçən əksər qızlara cehizlik kimi bu televizor hədiyyə edilirdi. Yəqin ki, həcminə görə cehizlərin arasında ən yekə əşyalardan biri də o idi. O zaman 755 rubl olan Qarizontları almaq hər adama müəssər olmurdu. Lakin hamının “çvetnoy”  televizor sevgisi həcminə görə çox ağır olan bu modeli populyar etdi. 1990-cı illərin əvvvəllərində böyüyən uşaqlar sovet cizgi filmlərinə və başqa uşaq proqramlarına görə Qorizonta borcludurlar.

Elmin NURİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama