Azərbaycanın Samux rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"VAZ-2106" markalı, 51-BE-826 markalı avtomobil Gəncə çayının üzərindəki körpüdən aşıb.Avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb.
Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hazırda Gəncə çayının suyu quruyub.
***
Qəzada ölən və xəsarət alanların kimliyi məlum olub
Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb.Gəncə Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.
Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib:
Ölənlər şəxslər bunlardır:
Zöhrab Məmmədov (sürücü) Maral İsmayılova Hicran İsmayılova Kafya İsmayılova Məleykə Həsənova (azyaşlı)
Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar.
Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir. (Apa)