Ermənistandakı ağır sosial-iqtisadi durum intihar hallarının artmasına səbəb olub. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkəni statistika xidməti 2015-ci ilin 1-ci yarısında 397 intihar və intihara cəhd hallarının qeydə alındığını bildirib. İntihar cəhdlərinin 112-sinin ölümlə nəticələndiyini xatırladan statistika xidməti ölkə göstəricilərinin ötən illə müqayisədə artdığını bildirib. İntihara cəhd edənlərin 51-i qadın, 246-sı isə kişi olub.
Həyatına son qoyanların çoxu özünü asaraq, hündürlükdən tullanaraq və kəsici alətlərdən isitfadə edərək yerinə yetiriblər.
Vüqar İsmayılov