Modern.az

Azərbaycanda jurnalist olmaq istəyən abituriyentlər imtahana gəlmədi

Azərbaycanda jurnalist olmaq istəyən abituriyentlər imtahana gəlmədi

Təhsil

31 İyul 2015, 18:19

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

Bu mərhələdə 2015-ci ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edib.

İmtahan rəhbəri Emin Məmmədov Modern.az saytına bildirib ki, qabliyyət imtahanlarının nəticəsi gələn həftə açıqlanacaq:

“Çünki yoxlanma prosesi uzun gedir. Jurnalistika ixtisasına ərizə qəbulu qeydiyyatı aprelin 1-dən 30-na qədər aparılıb. O zaman 496 abituriyent i qeydiyyatdan keçib. Onlardan 341 nəfəri müsabiqə şərtini ödəyib, yəni bir fənn istisna olmaqla digər fənlərdən 200-dən yuxarı bal toplayıb. Abituriyentlərdən 254 nəfərini qızlar, 87 nəfərini oğlanlar təşkil edirdi. 317 abituriyent Azərbaycan, 24 abituriyent isə rus bölməsi üzrə imtahanda iştirak edəcəkdi. Amma bu gün keçirilən imtahanda onlardan böyük əksəriyyəti imtahan gəlmədi. Amma imtahanda iştirak edənlərin sayı konkret məlum deyil. Bunlar hamısı nəticələr elan olunduqdan sonra bəlli olacaq”. 

Yeganə OQTAYQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama