Modern.az

Ali Hərb Məktəbinin keçmiş rəisinə hökm oxundu

Ali Hərb Məktəbinin keçmiş rəisinə hökm oxundu

Təhsil

31 İyul 2015, 18:35


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifova hökm oxunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə M. Yusifov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. 

M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib.

 Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb və bir müddət sonra o həbs edilib. (Apa)  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama