Modern.az

“Azərsu” məlumat yaydı: İçməli su nəzarətdədir

“Azərsu” məlumat yaydı: İçməli su nəzarətdədir

Təhsil

31 İyul 2015, 19:05


“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin internet saytında 30 iyul 2015-ci il tarixdə yerləşdirilmiş “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirləri həyata keçirir” (//sehiyye.gov.az/main/1086-respublika-gigiyena-ve-epidemiologiya-merkezi-nezaret-tedbirlerini-heyata-kecirir.html) başlıqlı məlumat bəzi kütləvi informasiya vasitələrində təhrif olunmuş formada verilib”.

Modern.az xəbər verir ki, bu məlumatı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yayıb.
Məlumatda deyilir ki, həmin materiallarda birinci və ikinci abzaslarında bəhs olunan məsələlər qarışdırıldığı üçün oxuculara çaşdırıcı məlumatlar verilib: .
-Belə ki, bir sıra mətbuat orqanları Səhiyyə Nazirliyinin yaydığı məlumatın birinci abzasında göstərilənlərdən çıxış edərək Binəqədi, Nizami, Qaradağ rayonlarına verilən içməli suyun çirkli olması barədə məlumatlar yayılıb.
Halbuki rəsmi məlumatın birinci hissəsində adıçəkilən rayonlarda ərazinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələsindən bəhs olunmuşdur və bunun istehlakçılara verilən içməli suyun keyfiyyəti ilə bağlılığı yoxdur. Maraqlıdır ki, bəzi mətbuat orqanlarında nazirliyin məlumatı olduğu kimi yerləşdirilsə də mətnlərin başlıqları kontekstdən çıxarılaraq verilib, bilavasitə içməli suyun çirkli olması məsələsi ilə əlaqələndirilib.


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti bir daha bəyan edir ki, bu cür məlumatlar reallığı əks etdirmir.
Hazırda Bakı şəhərində və regionlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur. Su mənbələrindən, magistral xətlərdən, anbarlardan, təhsil, səhiyyə, iaşə və digər obyektlərdən götürülən su nümunələri mütəmadi yoxlanılır.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama