Modern.az

Səhiyyə Nazirliyində müşavirə: apteklərdə həkim reseptlərinə nəzarət olunacaq

Səhiyyə Nazirliyində müşavirə: apteklərdə həkim reseptlərinə nəzarət olunacaq

Təhsil

31 İyul 2015, 22:04


Səhiyyə Nazirliyinin iyulun 31-də keçirdiyi müşavirədə 14 iyun tarixində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və bir sıra çatışmamazlıqların aradan qaldırılmasına dair verilən tapşırıqların icrası mzakirə olunub.
Modern.az xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev dərman vasitələrinin qiyməti sahəsində mövcud vəziyyəti tənzimləmək məqsədilə vacib addım atıldığını diqqətə çatdırıb. O, Tarif Şurası tərəfindən artıq bir sıra dərmanların qiymətinin nəzərə çarpacaq dərəcədə aşağı salındığını vurğulayıb.
Sentyabr ayının 15-dən başlayaraq artıq bu qərar tətbiq olunmağa başlanılacaq.

“Dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması həmçinin dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, həmçinin bu siyahıya daha da keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir edəcəkdir. Səhiyyə Nazirliyi dərmanların qiymətlərinin tənzimlənməsi sahəsində Tarif Şurası ilə sıx əməkdaşlığı davam etdirəcək”.

Mşavirədə qeyd edilib ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılır.

Tədbirlər planında həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alıb və bu sahədə görüləcək işlər öz əksini tapıb. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edəcək.

Eyni zamanda, tədbirlər planına əsasən, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, “qaynar xətt”, əhalidən daxil məktublar və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama