Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 31-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirib.
Modern.az-ın məlumatına görə, videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şəki və Şərur şəhərlərindən olan abituriyentlər onlayn formada TQDK sədrinə qəbul prosesi ilə bağlı onları maraqlandıran suallarla müraciət ediblər.
Suallar əsasən ali təhsil müəssisələrinə aparılan ixtisas seçimində iştirak etmək üçün tələb olunan müsabiqə şərti, qəbul aparılan ixtisaslar, ixtisas seçimi zamanı müraciət etməli olan köməkçi vəsaitlər, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını və digər mövzuları əhatə edib.
Komissiya sədri ona ünvanlanan sualları ətraflı cavablandırıb, ixtisas seçimi zamanı diqqət etməli olunan məqamları xatırladıb və onlara bu məsələ ilə bağlı bəzi vacib məlumat və tövsiyələr verib.
Modern.az