Modern.az

"Onlar Türkiyəni tərk edənə qədər əməliyyatlar davam edəcək"

"Onlar Türkiyəni tərk edənə qədər əməliyyatlar davam edəcək"

Təhsil

1 Avqust 2015, 01:09


Türkiyə baş naziri Əhməd Davudoğlu ölkəsini təhdid edən silahlı qruplaşmalara, terror təşkilatlarına mesaj ünvanlayıb. 

Əhməd Davudoğlu bildirib ki, silahlı qruplaşmalar Türkiyəni tərk edənə və İŞİD terroru təhlükəsi aradan qaldırılana qədər hərbi əməliyyatlar davam edəcək. "Heç kəs xam xəyallar qurmasın",-deyə baş nazir bəyan edib.

Əhməd Davudoğlu deyib: “Türkiyə İŞİD-in, PKK-nın hücumları ilə üz-üzədir. Bu hücumların üç hədəfi var: demokratiyamız, ictimai asayişimiz və beynəlxalq etibarımız, yəni, eyni zamanda, iqtisadi gələcəyimiz”.

Baş nazir terrorçu qruplaşmalara qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama