Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az saytının suallarını cavablandırıb.
- Parlament seçkilərinə az bir müddət qalıb. Necə hesab edirsiniz, indiki Seçki Məcəlləsi ilə demokratik seçki keçirmək mümkündürmü?
- Azərbaycanda seçkilərin demokratik, şəffaf keçirilməsi üçün tam şərait mövcuddur. Müstəqillik qazanandan sonra Azərbaycanda 4 dəfə parlament seçkiləri keçirilib. Bununla yanaşı, referendum keçirilib, prezident seçkiləri olub, bələdiyyə seçkiləri keçirilib və bu seçkilər nəticəsində Azərbaycanda artıq demokratik seçki ənənəsi formalaşıb.
Əvvəlki illərdən fərqli olaraq indi Azərbaycan cəmiyyəti birmənalı olaraq seçkilərdə öz iradəsini ortaya qoymaq təcrübəsinə malikdir. Bu iradəyə hər hansı qüvvənin çıxması mümkün deyil. Nzərə alsaq ki, ölkə Prezidenti İlham Əliyevin iradəsi, onun yürütdüyü siyasəti Azərbaycanda demokratik cəmiyyətin formalaşmasına xidmət edir, buradan çıxan nəticə odur ki, Azərbaycan dövləti seçkilərin demokratik keçirilməsinə son dərəcə maraqlıdır.
Kimsə hansısa özünü qüvvə hesab edən qurum Azərbaycan seçkilərin demokratik keçirilmədiyini iddia edərsə, guya Azərbaycanda seçkilərin demokratik keçirilmədiyini əsas tutaraq seçkilərdə qatılmırsa, bu heç də həqiqəti ehtiva etmir. Onlar qarşıdan gələn palament seçkiləri ərəfəsində bu cür bəyanatlar verməklə məğlubiyyətlərinin qaçılmaz olduğunu dərk edib öncədən özlərini sığortalamaq istəyirlər.
- Fəzail müəllim, maraqlıdır, bu seçkilərə sizin partiyanız hansısa bir bloka, yoxsa həmişəki kimi partiya şəklində qatılacaq?
- Birqayda olaraq indiyə qədər müstəqil şəkildə seçkilərə getmişik. Qarşıdan gələn parlament seçkilərində də bir daha hər hansı bir bloka daxil olmadan müstəqil şəkildə qatılacağıq. Niyyətimiz, hədəfimiz daha çox dairələrdən namizədlər irəli sürüb partiyanın kütləvi şəkildə bu seçkilərdə iştirakını təmin etməkdir. Və hədəfimiz bir deyil, bir neçə mandat əldə etməkdir.
- Artıq siyasi partiyalar ayrı-ayrı dairələr üzrə namizədlərini müəyyənləşdirirlər.Bu proses sizdə başlayıb, yoxsa start veriləcəkmi?
- Bizdə artıq proses başa çatmaq üzrədir. Son tamamlama işləri gedir. Mənə verilən məlumata görə, qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün rayon şəhər təşkilatları və bütövlükdə ölkə miqyasında 80-ə yaxın namizəd iştirak etmək arzusunu ifadə edib. Həmin namizədlərin təsnifatını aparacağıq. Ümidvaram ki, yaxın 15 günə bizim seçki siyahımız tam şəkildə hazır olacaq.
- Fəzail Ağamalının namizədliyi irəli sürüləcəkmi?
- Bəli, belə bir niyyətim var Qeyri-adi hadisə baş verməsə, 60 saylı Salyan-Neftçala dairəsindən öz namizədliyimi irəli sürəcəm.
- Qeyri-adi hadisə deyəndə nəyi nəzərdə tutursunuz?
- Heç kim heç nədən sığortalanmayıb. Səhhətimdə problem olmasa, hər şey normal olaa, təbii ki, mən qarşıdan gələn parlament seçkilərində iştirak edəcəm.
- Siyavuş Novruzov bu seçki ilə bağlı maraqlı fikir irəli sürmüşdü ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə Yeni Azərbaycan Partiyası bütün dairələrdə öz namizədləri ilə iştirak edəcək və belə çıxır ki, artıq müttəfiq partiyalara güzəşt məsələsində münasibətlər əvvəlki formada olmayacaq. Necə olacaq bu məsələ sizin fikrinizcə?
- Siyavuş Novruzovun bu açıqlaması cəmiyyətdə kifayət qədər rezonans doğurub. Bununla bağlı dəfələrlə mənə də müraciət ediblər və mən də öz fikrimi söyləmişəm. Siyavuş Novruzovun bu çıxışı Yeni Azərbaycan Partiyasının fikrini ifadə edir. Və mən bu çıxışa, rəyə hörmətlə yanaşıram. Hər bir partiya seçki prosesində hansı qüvvə və imkanlarla, taktikalarla iştirak etmək seçmini özü edir. Və buna da bu və ya digər şəkildə xüsusi rəy bildirmək etikadan kənardır.
Ona görə də Siyavuş Novruzovun bu fikirlərinə mən hörmətlə yanaşıram. Təbii ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü partiyadır. Onun çox güclü, geniş sosial bazası və resursları var.
Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının namizədi olaraq vaxtilə ulu öndərimiz, daha sonra İlham Əliyev Prezident olaraq Azərbaycan xalqı tərəfindən yüksək etimada layiq görülüb. Eyni zamanda parlament seçkilərində də Yeni Azrbaycan Partiyası hər zaman digər partiyalardan çox böyük üstünlüklə qalib gəlib və parlamentdə mütləq üstünlük ona məxsusdur.
Mənim qarşıdan gələn parlament seçkilərində də bu üstünlüyün bir daha təkrarlanacağına hər hansı bir şübhəm yoxdur. Ancaq bu, o demək deyil ki, Yeni Azərbaycan Partiyası 125 dairənin hər birindən mandat götürəcək. Belə düşünmürəm.
-Seçkilərdə müxalifət tərəfinin durumunu, şansını necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycanda müxalifət çox dağınıq vəziyyətdədir. Eyni zamanda zəifdir. Nəzərə alsaq ki müxalifətin içərisində çoxqütbülük radikal mövqe nümayiş etdirən qanad da var. Eyni zamanda konstruktiv mövqe nümayiş etdirən və hadisələrə radikal müxalifətdən daha konstruktiv baxışları özündə əks etdirən partiyalar var.
Bu gün Milli Məclisdə bu konstruktiv mövqe bildirən partiyalardan təmsil olunanalar var.
Hər halda siz də bunu müşahidə etmisiniz. Həmin partiya rəhbərlərinin fəaliyyətinə Milli Məclis səviyyəsində müsbət yanaşmaq mümkündür. Parlamentdən kənarda elə partiyalar var ki, bəli o partiyaların da Milli Məclisdə qarşıdan gələn parlament seçkilərində təmsil olunmaq imkanları və şansları var. Bu gün Azəərbaycan cəmiyyəti radikallığı qəbul etmir. Bu gün Azərbaycan cəmiyyəti inkarçılıq mövqeyində dayanan, Azərbaycan dövlətinə qarşı müxalifət mövqeyində daynan qüvvələri qəbul etmir. Bu gün Azərbaycan cəmiyyəti anti-Azərbaycan qüvvələri içərisində yert alan aniti-milli qüvvələri qəbul etmir.
Və birmənalı şəkildə ona münasibəti mənfidir. Bu baxımdan radikal müxalifət mövqeyində dayanan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası qarşıdan gələn parlament seçkilərində xalq tərəfindən dəstək alması real görünmür.
Ən azı ötüb keçən zaman kəsiyində biz bunlarınn atmış olduqları addımların, mitinqlərlərlə kütləvi aksiyalarla etdikləri cəhdlərin heç bir nəticə vermədyini göz önünə gətirməyimiz kifayətdir. Onlar çalışdılar ki manatın devolyasıyası, neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edib insanları öz ətrafına cəlb etsinlər, mitinqlər keçirsinlər, lakin alınmadı. Çünki xalqımızn mütləq əksəriyyəti İlham Əliyevin yanındadır və onun daxili və xarici siyasətini dəstəkləyir.
Ölkə Prezidentinin atmış olduğu addımlar Azərbaycan xalqının milli maraqlarına dövlət maraqlarına hesablanmış olan siyasəti və bu istiqamətdə vermiş olduğu töhfələr, sosial sifarişin qabaqlayıcı addımlarla önləmnəməsi və yerinə yetirilməsi iqtidar olaraq indiki hakimiyyəti, ölkə prezidentinin nüfuzunu cəmiyyətmizdə xeyli dərəcədə artıırb. Və bu da məntiqli olaraq müxalifətin mövqeyini cəmiyyətdıə xeyli dərəcədə zəiflədir. Beləliklə müxalifəin qarşıdan gələn parlament seçkilərində ciddi uğur qazanması real görünmür və mən niknin baxmıram.
- Xalq Cəbhəsi və Müsavat partiyalarından hansısa namizədin mandat qazanması mümkündürmü?
- Kim qalıb ki müxalifətdə. Əli Kərimlidir cəmiyyətdə az-çox tanınır. O da artıq təkcə iqtidarla deyil, hətta silahdaşları ilə də qanlı döyüşlərdədir. Ömrü boyu Əli Kərimlini müdafiə edən Rauf Arifoğlu ölkə prezdentinin bir təltifi ilə Əli Kərimlinin ciddi hədəfinə çevrilib. Onun ətrafı Rauf Arifoğlunu atəşə tutur. Doğrudan da sual olunur, hardadı o dəyərlər? İllər boyu Əli Kərimlini müdafiə edən, mətbuat səhifələrində onu qoruyan Rauf Arifoğlu bu gün Əli Kərimlinin bir nömrəli düşməninə çevrilib. Eyni zamanda bu gün Müsavat Partiyası ilə Xalq Cəbhəsi partiyası arasında qanlı mübarizə gedir. Onlar arasında hər hansı barış gözlənilmir. Belə olan halda onların nə özlərinin, nə də onların funksiyonerlərinin qarşıdan gələn parlament seçkilərində qələbə çalması sözün həqiqi mənasında mümkünsüzdür. Bu barədə müsbət fikrin söylənməsi düşünürəm ki, həqiqətdən uzaq olardı.
-Fəzail müəllim, bir gerçəklik də var ki, Azərbaycanda müxalifət yox səviyyəsindədir. Çünki Azərbaycanın aparıcı müxalifət qüvvələri hazırda enerjilərini biri-biriləri ilə mübarizəyə sərf edirlər. Bu eyni zamanda başqa bir hadisə ilə müşahidə olunur. Siyasi müstəvidə mübarizə yoxdur. Məsələn, Fəzail Ağamalının 10 il əvvəlki mübarizəsi görünmür.
- Əvvala,aparıcı müxalifət anlayışını mən qəbul eləmirəm. Çünki ölkədə aparıcı müxalifət yoxdur. Müxalifətin bu gün dağınıq vəziyyətə düşən müxtəlif qanadları var. Bunu deməyi vacib saydım. Qaldı ki, Azərbaycanda indiki müxalifətin zəif olmasına, mən bunu İlham Əliyevin güclü olması ilə əlaqələndirirəm. Bu gün Prezidentə rəqib ola biləcək qüvvə yoxdur. Müxalifət üçün mübarizə meydanı xeyli dərəcədə daralıb. Müxalifət üçün bu gün iqtidarın üzərinə gedə biləcək hər hansı ciddi arqument yoxdur ki, ondan tutaraq getsin və xalq onu dəstəkləsin.
Bu gün parlamentdə olan müxalifət partiyaları var, bu partiyaların yığışaraq bir partiya adı altında cəmləşməsi və ölkədə müxalifət funksiyasının səlahiyyətlərini öz üzərinə götürərək müxalifət mövqeyində iqtidarın çatışmayan cəhədini qərəzsiz, böhtandan uzaq şəkildə, obyektiv formada həm iqtidarın, həm də cəmiyyətin nəzərinə çatdırmasına ehtiyac var.
Məsələ ondadır ki, əslində parlametndə təmsil olunan dostlarımız bu gün bu addımlar atırlar. Çatışmayan nöqsanları ortalığa gətirirlər.
Eyni zamanda ölkədə əldə olunmuş uğurların üzərində də dayanırlar. Lakin onların hər biri bir partiyanın sədri olsa da, Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək sosial bazaları yoxdur.
Əgər bu gün 8-9 müxalifət partiyası birləşərək bir partiyaya çevrilərsə, artıq onların müxalif qüvvə kimi cəmiyyətdə söz demək imkanları olar. Heç şübhəsiz Azərbaycanda müxalifətə ehtiyac var. Bu müxalifət dağıdıcı müxalifət olmalı deyil, bu müxalifət xarici qüvvələrin təsiri altında olmalı deyil, “5-ci kalon” funksiyasını yerinə yetirməli deyil, bu müxalifət Azərbaycanın dövlət maraqlarına, milli maraqlarına xidmət edən, müxalifət missiyasının məsuliyyətini özündə dərk edərək, daşıyaraq cəmiyyətimizə, onun demokratik inkişafına öz töhfələrini verməlidir.
- Maraqlı məqama toxundunuz. Bir suala cavab istərdik, Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası ilə parlametndə müxalifət adı altında fəaliyyət göstərən digər partiyaların fərqi nədir?
- Bizə iqtidaryönlü partiya deyirlər. Fəaliyyətimiz göz önünə gətirildikdə, onun təsnifatı obyektiv şəkildə təhlil olunduqda, birmənalı şəkildə ortaya çıxan həqiqət ondan ibarətdir ki, Ana Vətən Partiyası Azərbaycanın müstəqilliyi uğrunda, dövlətçiliyin möhkəmləndirilməsi uğrunda mübarizə aparan partiyadır.
Biz bir partiya olaraq Azərbaycan dövlətində Heydər Əliyev amilini yüksək qiymətləndiririk. Azərbaycan dövlətçiliyində onun alternativini görümürük. Düşünürük ki, Heydər Əliyev məktəbindən zərrə qədər kənara çıxmaq bu ideya, siyasi irsdən zərrə qədər bu və ya digər şəkildə imtina etmək Azərbaycan dövlətçiliyinin zəiflədib məhvə apara bilər. Bu, mənim birmənalı fikrimdir.
Hadisələrin gedişi də bunu göstərdi. Biz bunu deyirik. Biz eyni zamanda Azərbaycanda ayrı-ayrı məmurların, şəxslərin, fəaliyyətindəki nöqsanları, çatışmazlıqları qərəzsiz şəkildə şişirtmədən obyektiv şəkildə önə çəkirik.
Həm Milli Məclis səviyyəsində, həm də Azərbaycanın Kütləvi İnformasiya Vasitələri ilə fikirlərimizi ifadə edirik. Hakimiyyətdə də təmsil olunmuruq. Deməli, mövqeyimiz faktiki olaraq dövlətçilik mövqeyidir. Biz Azərbaycanda dövləti mövqeyimizi qoruyub saxlamaqla bərabər, Yeni Azərbaycan Partiyası ilə bir çox məsələlərdə əməkdaşlığımıza üstünlük verməklə bərabər, cəmiyyətin çatışmazlığını və digər məsələlər üzərində də fikirlərimizi deyirik, bununla da müxalifət mövqeyimizi ortaya qoyuruq.
Mən düşünürəm ki, bu, Azərbaycan dövlətinə, cəmiyyətinə, xalqına xidmətdir. Hansı daha səmimi xidmətdir? Qiyməti siz verin, fərqi siz müəyyənləşdirin.
Leyla ƏFQAN