Modern.az

Tacir Şahmalıoğlu kömək istədi: “Qardaşımı tapın”

Tacir Şahmalıoğlu kömək istədi: “Qardaşımı tapın”

Təhsil

1 Avqust 2015, 10:21


Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyitinin axtarışıları bir azdan davam etdiriləcək.

Bu barədə müğənninin özü məlumat verib. 

Onun sözlərinə görə, axtarışlar dünən axşam saatlarına kimi davam edib. Lakin qaranlıq düşdüyündən xilasedicilər axtarışı dayandırıb: “Hazırda hadisə yerindəyik, xilasediciləri gözləyirik. Allahdan tək istəyim qardaşımın meyitinin tapılmasıdır”.

T.Şahmalıoğlu bu işdə təcrübəsi olan hər kəsdən kömək istəyib: “Bizə kömək edin, qardaşımın meyitini sulardan alaq”. 

Qeyd edək ki, müğəninin 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq onu tapmaq hələlik mümkün olmayıb.( AzNews.az)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama