Modern.az

Sumqayıt-Bakı yolu bağlandı - FOTOLAR

Sumqayıt-Bakı yolu bağlandı - FOTOLAR

Təhsil

1 Avqust 2015, 10:25


Səhər saat 07:00 radələrində bir qrup şəxs etiraz aksiyası keçirərək Sumqayıt-Bakı yolunu bağlayıblar.  Aksiyanı keçirənlər iki gün öncə Ceyranbatan su anbarında boğularaq itkin düşən 21 yaşlı gəncin yaxınları olub.

Aksiya iştirakçıları hadisədən iki gün keçməsinə baxmayaraq aidiyyatı qurumların boğulan gəncin ölüsünü ya dirisini tapmamasına etiraz ediblər. Aksiya təxminən yarım saat davam edib.
Məlumat üçün bildirək ki, iki gün öncə Ceyranbatan su anbarında 21 yaşlı gənc boğularaq itkin düşüb və hələ də tapılmayıb.(AzNews.az)


 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama