Modern.az

Türkiyə Hava Qüvvələrindən PKK-ya növbəti ağır zərbə

Türkiyə Hava Qüvvələrindən PKK-ya növbəti ağır zərbə

Təhsil

1 Avqust 2015, 10:36


Türkiyə Hava Qüvvələri növbəti dəfə PKK-ya ağır zərbə vurub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlarda 260 terrorist öldürülüb. Kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaşın qardaşı daxil olmaqla 400 terrorist isə yaralanıb. 

Türk Hava qüvvələri 28 F-16 adlı 28 döyüş təyyarəsi vasitəsilə aparılan əməliyyatda PKK-nın 65 hədəfi məhv edilib. Əməliyyatda terror təşkilatına aid 35 sığınacaq, 15 mağara, 4 yer altı mərkəz, 2 yer altı silah anbarı, 2 vəsait anbarı, 4 ağac altı sığınma yeri ilə çox sayda silah mərkəzləri məhv edilib.

Türkiyə hökuməti terror təşkilatı PKK-ya istiqamətli əməliyyatların davam edəcəyini qeyd edib.

Sevinc Yasinqızı

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama