Modern.az

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib

Təhsil

1 Avqust 2015, 10:40


Bankın İdarə Heyətinin yeni sədri növbəti yığıncaqda məlum olacaq

İyulun 31-də "Azər-Türk Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Bankdan verilən məlumata görə, səhmdarlar bankın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Məlumata əsasən, növbəti yığıncaqda bankın İdarə Heyətinin sədri seçiləcək. Hazırda bu vəzifəni Fərhad Əsgər oğlu Adıgözəlov müvəqqəti icra edir.

Bankın səhmdarlarının növbəti yığıncağının vaxtı hələlik məlum deyil. Yığıncağın tarixi müəyyənləşəndə bu barədə ictimaiyyətə məlumat veriləcək. 

Qeyd edək ki, “Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), Türkiyənin “Ziraat Bank”ı (12,37%), “Ziraat Bank International” (1,08%), “AzRe” təkrarsığorta şirkəti (6,55%) və “Qala Həyat Sığorta” şirkətidir (5%). (Apa)

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama