Bu gün- avqustun 1-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üçüncü qurultayı keçiriləcək. Qurultay Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş tutacaq. Hələlik ancaq partiya üzvləri gözə dəyir.
Ancaq ölkənin bir sıra partiyalarının rəhbərlərininqurultaya qonaq qismində dəvət edildiyi bildirilir. Qurultayda KXCP-yə sədr seçkisi də nəzərdə tutulub. Hələlik ancaq indiki sədr Mirmahmud Mirəlioğlu öz iddiasını ortaya qoyub.Həmçinin, bu ilin sonunda keçiriləcək parlament seçkiləri ilə bağlı da müzakirələr gözlənilir. KXCP seçkidə iştiraka qərar verib.(müsavat.com)