Modern.az

Zakir Həsənov Sergey Şoyqu ilə görüşdü

Zakir Həsənov Sergey Şoyqu ilə görüşdü

Təhsil

1 Avqust 2015, 15:11



Bu gün Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.

Modern.az APA-ya istinadən xəbər verir ki, görüş nümayəndə heyətinin iştirakı olmadan təkbətək keçirilib.

Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştitak olmadan davam etdirilib  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama