Modern.az

Türkiyə Silahlı Qüvvələrinin Komandanı Baş Qərargah rəisi ola bilər

Türkiyə Silahlı Qüvvələrinin Komandanı Baş Qərargah rəisi ola bilər

Təhsil

1 Avqust 2015, 20:45

Türkiyə Silahlı Qüvvələrinin Komandanı Hulusi Akar Baş Qərargah rəisi vəzifəsinə keçə bilər. 

Axar.az xəbər verir ki, digər namizədlərlə müqayisədə daha cavan olan generalın bu vəzifəyə təyin ediləcəyi gözlənilir. Kayseri vilayətindən olan Hulusi Akar 1952-ci ildə doğulub. 1972-ci ildə hərbi məktəbin məzunu olub.  1982-ci ildə Hərbi Akademiyanı bitirən Hulusi Akar hərbi Sİlahlı Qüvvələrdə xərbi xidmətə başlayıb,  hətta ölkə xaricində də qulluq edib. O, İtaliyanın Napoli şəhərində Cənubi Avropa Müttəfiq Qüvvələri Qərargahının (AFSOUTH) kəşfiyyat idarəsində çalışıb. Daha sonra Bosniya-Herseqovinada xidmət edən bacarıqlı zabit bir neçə dəfə xidmətə görə medallarla təltif olunub. General rütbəsində isə Quru Qüvvələri Hərbi məktəbinin rəhbəri kimi məşhurlaşıb.
 
O, 30 avqust 2011-ci ildə Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib.
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama