Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya) qarşılaşmasının biletləri sabahdan satışa çıxır.
Klubdan Modern.az-a verilən məlumata görə,
5 Avqust, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionununda keçiriləcək matçın biletlərini azarkeşlər oyunun keçiriləcəyi arenanın kassalarından əldə edə bilərlər.
Biletlərin qiymətləri əvvəlki oyunlara nisbətən xeyli bahalaşıb və sektorlar üzrə 1-10 azn arası dəyişir:
13,14,15,16 sektor - 10 AZN
12 və 17 sektor - 8 AZN
11 və 18 sektor - 6 AZN
10 və 19 sektor - 5 AZN
8,9 və 20,21 Sektor - 3 AZN
5-7, 22-24 sektor - 2 AZN
1-4 , 25-27 sektor 1 AZN
29 və 38 Sektor 10 AZN
VİP- 50 AZN
Klub bildirir ki, ötən qarşılaşmalarda biletlərin qeyrli-leqal dövriyyəsinin qarşısı almaq üçün biletlərin mərhələli satışı həyata keçirilmişdi. Bu dəfə isə qiymətlər sektorlar üzrə fərqli olduğuna görə kassalarda sərbəst satış həyata keçiriləcək. Bu səbəbdən kassaya yaxınlaşıb istədiyiniz yerə bilet ala bilərsiniz.
Qarşılaşmaya olan marağı nəzərə alaraq 30 000 biletin erkən tükənmə ehtimalı yüksəkdir. Ona görə kassaya yaxınlaşın və biletinizi almağa tələsin.
Kassaların çalışma saatları: 10:00 – 20:00.