Modern.az

Türk qırıcılarından növbəti hava əməliyyatı- PKK LIDERI ÖLDÜRÜLDÜ

Türk qırıcılarından növbəti hava əməliyyatı- PKK LIDERI ÖLDÜRÜLDÜ

Təhsil

1 Avqust 2015, 22:32

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda separatçı terror təşkilatı PKK-ya qarşı növbəti hava əməliyyatını həyata keçirib.P ublika.az xəbər v erir ki, PKK tərəfindən şəhid edilən hərbçi Ömər Kağan Kandemirin adı verilən əməliyyatın gedişatında PKK-nın liderlərindən biri və PKK-nın İran qolu sayılan PJAK-ın 2 qadın üzvü məhv edilib.

Koordinatları yüksək dəqiqliklə müəyyən olunan və sıfır səhv ilə həyata keçirilən əməliyyatlarda ağıllı bombalardan istifadə edilib. Hərbi səlahiyyətlilər əməliyyatlarda mülki vətəndaşların hədəf alınmadığını, bununla bağlı iddiaların isə tamamilə yalan və PKK terror təşkilatının dezinformasiyası olduğunu açıqlayıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama