Modern.az

Cinsi zəifliyə qarşı İbn Sinadan UNİKAL RESEPT

Cinsi zəifliyə qarşı İbn Sinadan UNİKAL RESEPT

Mədəniyyət

2 Avqust 2015, 20:21


Hələ qədim zamanlardan potensiya zəifliyinə qarşı loğmanlar müxtəlif vasitələrdən istifadə ediblər. Təbiblərin cinsi zəifliyin aradan qaldırılması ilə bağlı əsrlər boyu sınaqdan çıxmış reseptləri bu gün də xalq təbabətində geniş tətbiq olunur.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda potensiya zəifliyinə qarşı İbn Sinanın iki unikal reseptini təqdim edir.

Resepti hazırlamaq üçün aşağıdakılar lazımdır:

1. 1 kq qulançar bitkisinin kökü

2. 1 kq inək südü

3. 1 kq kərə yağı

4. 90 qram yörkökü toxumu

5. 90 qram turp toxumu

Yuxarıda göstərilənlər yaxşı qarışdırıldıqdan sonra odun üzərinə qoyulur, qatılaşana qədər qaynadılır. Soyuduqdan sonra 3 gün qaranlıq və sərin yerdə saxlanılır. Bu müddətdən sonra alınmış qatı məhlul istifadəyə hazırdır. Hər gün 1 dəfə səhər yeməyindən yarım saat sonra 85 qram qəbul edilir.

İbn Sinanın digər bir resepti də cinsi fəallığı və istəyi artırmaq üçündür. Bu resetti hazırlamaq üçün aşağıdakılardan istifadə olunur:

1. 6 qram soğan toxumu

2. 18 qram çətənə toxumu

3. 9 qram yabanı yerkökü toxumu

4. 12 qram giçitkən toxumu

5. 15 qram təmizlənmiş küncüt

6. 18 qram şəkər tozu

Bütün bunlar yaxşı qarışdırılır və şüşə qabda saxlanılır. Hər gün bir dəfə qarışıqdan 6 qram götürülür üzərinə 100 qram desert şərabı əlavə olunaraq qəbul edilir.

Qeyd edək ki, illər boyu İbn Sinanın bu unikal reseptlərindən potensiya zəifliyindən şikayət edən saysız hesabsız insanlar problemlərini asanlıqla həll ediblər.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI