Modern.az

Krım tatarlarının lideri Ərdoğanla görüşəck

Krım tatarlarının lideri Ərdoğanla görüşəck

Təhsil

3 Avqust 2015, 12:02



Avqustun 3-də Krım tatarlarının liderinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Ankarada olan Krım-tatar xalqı Məclisinin sədri Refat Çubarov məlumat verib.

Bundan əvvəl, avqustun 2-də Ankarada başa çatan Krım tatarlarının ümumdünya konqresinə müraciət edən Türkiyə prezidenti bəyan edib ki, onun ölkəsi heç vaxt Krımın ilhaqını qəbul etməyəcək. Həmin gün Ukrayna prezidentinin Krım tatar  xalqının işləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cemilov, Məclis sədri Refat Çubarov və Məclis sədrinin müavini Aslan Ömər Kırımlı Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama