Modern.az

Mobil operatorlarla bağlı HESABAT

Mobil operatorlarla bağlı HESABAT

Təhsil

3 Avqust 2015, 12:20


Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sektorun analizini aparır.

Şirkət mobil operator ilə bağlı məlumatı təqdim edir.   2015-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1401 xəbər yerləşdirilib. Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 250 xəbər dərc edilib, televiziya kanallarında isə mobil operatorlarla bağlı 9 xəbər göstərilmişdir. Ümumilikdə iyul  ayı ərzində mobil operatorlar 1660 xəbərlə qarşımıza çıxır.

İyul ayında qəzet və jurnallarda mobil operatorlar haqqında 250 məlumat dərc edilib. 250 xəbərdən 237 xəbər neytral, 6 xəbər mənfi,7 xəbər isə müsbətdir. Mənfi xəbərlər Azercell və Bakcell şirkətinə aiddir.

Mənfi xəbərdə  söhbət şirkətlərin fırıldaqlarından gedir.

7 müsbət xəbər isə Bakcell şirkətinə aiddir. 90- xəbər nəzarətsiz,160-ı isə nəzarətlidir.104 xəbər sırf şirkətlərlə bağlı,92 qısa bəhs, 52 xəbər isə nizamlı,2 xəbər isə yalnız firma adı.114 xəbərdə şirkətin adı başlıqda,136- da isə mətndə gedir.   Xəbər sayına görə sıralama:  

Azercell - 123 xəbər

Bakcell - 101 xəbər

Nar Mobile - 21  xəbər

Naxtell - 5 xəbər                                               

İyul  ayında televiziyada mobil operatorlar haqqında 9 xəbər göstərilib:    

1.  Azercell - 8 xəbər

2. Bakcell - 1 xəbər    

9 neytral, nəzarətli, firmaya məxsusdur.                

Saytlarda isə iyul  ayında mobil operatorlar haqqında 1401 xəbər yer alıb.   

1401 xəbərdən 1279- u neytral,85-i isə mənfi,37-i isə müsbət xəbərdir. Mənfi xəbərlər arasinda həm Bakcell,həm də Azercell–in adı keçir. 566 xəbər qısa bəhs,225 nizamlı,610 xəbər isə firmaya məxsusdur. 749 xəbər nəzarətsiz,652 xəbər isə nəzarətlidir.   Xəbər sayına görə sıralama:    

Azercell - 673 xəbər

Bakcell - 567 xəbər

Nar Mobile - 153  xəbər

Naxtell - 8 xəbər               

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama