Modern.az

Cavid Qurbanov Bakı-Sumqayıt qatarının işə düşəcəyi tarixi elan etdi

Cavid Qurbanov Bakı-Sumqayıt qatarının işə düşəcəyi tarixi elan etdi

Təhsil

3 Avqust 2015, 14:51


Bakı və Sumqayıt arasında açılacaq dəmiryol xətti üzrə gediş haqqı bu marşruta görə hazırkı gediş haqqından ucuz olacaq. Trend-in məlumatına əsasən, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, hesablamalara görə, hazırda insanlar Bakıdan Sumqayıta getmək üçün təqribən 1,2 manat sərf edir: “Bakı-Sumqayıt marşrutu üzrə birbaşa sürət qatarı işə düşəndən sonra gediş haqqı daha ucuz olacaq”.

C.Qurbanov qeyd edib ki, ilkin mərhələdə marşrutdan təqribən 20-30 min nəfər istifadə edə biləcək: “Gələcəkdə bu göstəricinin 100 mini ötəcəyi gözlənilir”.

Onun sözlərinə görə, dəmiryolun açılışı sentyabrın 15-dən gec olmayacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama