Modern.az

Vaxtından əvvəl I sinifə qəbul müsabiqəsi davam edir

Vaxtından əvvəl I sinifə qəbul müsabiqəsi davam edir

Təhsil

3 Avqust 2015, 15:10

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu” məqsədilə müsahibələr davam edir. Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, müsahibələr  Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir.

Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər  (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Artıq qeydiyyatdan 3772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan  742  nəfəri  təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair sertifikat əldə etmişdir.   Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik və 6 yaşı sentyabrın 16 – dan dekabrın 31 – nə kimi tamam olan  uşaqlar I sinfə müsahibədənkənar qəbul olurlar.

İyulun 21 – dən indiyədək keçirilən müsahibədən 871 nəfər məqbul, 534 nəfər isə qeyri-məqbul cavab almışdır. Cavablar iki gün ərzində sms şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.   Nəzərinizə çatdıraq ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidir.  

Aytən ZƏHRA  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama