Modern.az

Bu il jurnalistikaya 198 plan yeri ayrılıb - 57 nəfər imtahan verib

Bu il jurnalistikaya 198 plan yeri ayrılıb - 57 nəfər imtahan verib

Təhsil

3 Avqust 2015, 16:07

2015/2016-cı tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrində “Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, “Jurnalistika” ixtisası üzrə ayrılan plan yerlərindən 90 yer dövlət sifarişlidir. 108 plan yeri isə ödənişli əsaslarladır.

Jurnalistika ixtisası üzrə Bakı Dövlət Universitetində 115 yer, Azərbaycan Dillər Universitetində 15 yer, Bakı Slavyan Universitetində 48 yer, Naxçıvan Dövlətr Universitetində 20 yer ayrılıb.

Qeyd edək ki, “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanı verən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. 2 abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.

Aytən ZƏHRA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama