Modern.az

Azərbaycanın axtarışa verdiyi rus milyonçu Qarabağı tərk edə bilmir: “Məni qandallayacaqlar”

Azərbaycanın axtarışa verdiyi rus milyonçu Qarabağı tərk edə bilmir: “Məni qandallayacaqlar”

Ölkə

3 Avqust 2015, 17:38

Qalmaqallı rusiyalı milyonçu German Sterliqov növbəti dəfə açıqlama verib. Modern.az saytı xəbər verir ki, Sterliqov sosial şəbəkədəki şəxsi səhifəsində Azərbaycanın sorğusu ilə İnterpol xətti ilə axtarışa verilməsinə görə Dağlıq Qarabağı tərk edə bilməməsindən şikayətlənib.

“Ailəm üçün təhlükə sovuşduğuna görə arvadımı və uşaqlarımı Moskvaya, evimizə göndərdim. Yeri gəlmişən, yaxınlarda Moskvada bizim pendir sexinin açılışı olacaq. Mən orda olmağımı çox istəyirəm. Amma İnterpol məni xəbərdar edib ki, Moskva aeroportunda peyda olan kimi  qandallayacaqlar.

Əlbəttə, xarici dövlət struktrunun (İnterpola axtarışa məni “Qarabağ qədim erməni torpağıdır” dediyim üçün Azərbaycan verib) Rusiya ərazisində yerli vətəndaşı həbs edə bilməsi təəssüfləndirici haldır”. 

İyulun 4-də Azərbaycanın işğal olnmuş Dağlıq Qarabağ ərazisinə köçən Sterliqov Azərbaycan Baş Prokurorluğu tərəfindən 2 cinayət maddəsi üzrə beynəlxalq axtarışa verilib.      

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi