Modern.az

Türkiyəli tarixçidən Füzuli ilə bağlı ŞOK İDDİA – VİDEO

Türkiyəli tarixçidən Füzuli ilə bağlı ŞOK İDDİA – VİDEO

Mədəniyyət

3 Avqust 2015, 20:04

Türkiyənin “Cine 5″ kanalında yayımlanan “Mədəniyyət və Tarix” verilişində dahi Azərbaycan şairi Məhəmməd Füzulidən söhbət açılıb.

Modern.az xəbər verir ki, Osmanlı dövrünün müzakirə olunduğu proqramın qonağı Türkiyənin tanınmış tarixçisi, yazar, professor Ahmet Şimşirgil olub. Osmanlı dövründə rüşvətin tüğyan etdiyini vurğulamaq üçün aparıcı Füzulidən misal gətirərək onun məşhur “Salam verdim – rüşvət deyildir deyə almadılar. Hökm göstərdim – faidəsizdir deyə mültəfit olmadılar” beyti ilə başlayan “Şikayətnamə”sini göstərib.

Bu zaman tarixçi alim istehza ilə Füzulinin Osmanlıda yaxşı tanınmadığını, daha doğrusu, “uğur və məşhurluq qazana bilmədiyini”, bu səbəbdən də “Osmanlı dövlətini pislədiyini” deyib. Hətta bunu məzhəb məsələsi ilə də əlaqələndirməyə çalışıb.

Həmçinin, alim Füzulinin bioqrafiyası ilə bağlı da maraqlı iddialar səsləndirib.

a24.az Media Təqib Mərkəzinin dəstəyi ilə adıçəkilən verilişdən həmin hissənin videosunu təqdim edir:



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI